RU

Professor komaya düşüb

Filologiya elmləri doktoru, professor Nizaməddin Şəmsizadə komaya düşüb.

Bu barədə professorun qızı, jurnalist Ayfər Feyziyeva məlumat verib.

Onun sözlərinə görə, professor hazırda reanimasiyadadır.

“Vəziyyəti ağırdır, süni tənəffüs aparatına qoşulub. Həkimlər sepsis diaqnozu qoyublar”.

Qeyd edək ki, Nizaməddin Şəmsizadə 1954-cü ildə Qubanın İspik kəndində anadan olub. O, 1977-ci ildə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirərək 1982-ci ildə namizədlik, 1990-cı ildə doktorluq dissertasiyaları müdafiə edib.

Избранный
28
14
aznews.az

10Источники