Dünya musiqi bazarında kifayət qədər məşhur olan ispan pop ulduzu Aytana “Real Madrid”in və İngiltərə millisinin yarımmüdafiəçisi Cud Bellinqemlə əlaqəsi haqda danışıb.
Ölkə.az Publika.az-a istinadən xəbər verir ki, müğənni futbolçu ilə eşq yaşadığını inkar edib.Yada salaq ki, son həftələr mətbuatda belə söz-söhbətlər dolaşır.
Müğənni İnstaqram hesabında paylaşım edib:
“Necə oldu ki, bu ilin 17 günündə mənim artıq üç sevgilim oldu? Hamınıza təşəkkür edirəm”, – deyə ulduz müğənni yazıb.