RU

Kartalkaya Qış Turizm Mərkəzində bir oteldə böyük yanğın baş verib

 

Türkiyənin Bolu vilayətində Kartalkaya Qış Turizm Mərkəzindəki otellərdən birində baş verən yanğın nəticəsində ilkin məlumatlara görə, 10 nəfər həyatını itirib, 32 nəfər isə yaralanıb. 

Daxili işlər naziri Əli Yerlikaya sosial media hesabında verdiyi açıqlamada bu gün Türkiyə vaxtı ilə saat 03:27-də Kartalkaya Qış Turizm Mərkəzində yerləşən otellərdən birində yanğın çıxdığı barədə məlumat alındığını bildirib.

Nazir yanğına müxtəlif dövlət qurumlarından 267 şəxsin cəlb edildiyini və işlərin davam etdiyini qeyd edərək əlavə edib: “Təəssüf ki, vəfat edənlərin sayı 10-a, yaralıların sayı isə 32-yə yüksəlib. Həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət, yaralılarımıza isə təcili şəfa arzulayıram”.

Alovlara müdaxilə davam edərkən yanğınla bağlı hüquqi araşdırma başladılıb. Əmək və Sosial Müdafiə Nazirliyi hadisəni araşdırmaq üçün dörd baş inspektor təyin edib. 

Türkiyə prezidenti köməkçisi Cevdet Yılmaz da yanğında həyatını itirənlər üçün sosial media hesabı vasitəsilə başsağlığı mesajı yayımlayıb. O, mesajında müvafiq qurumların yanğına müdaxilə işlərini davam etdirdiyini vurğulayıb. 



Избранный
18
trt.net.tr

1Источники