RU

Alen Simonyan:"AİB-dən çıxmaq niyyətində deyilik"

"Ermənistan Avrasiya İqtisadi İttifaqından çıxmaq niyyətində deyil, bu təşkilatda iştirak iqtisadi fayda gətirir". 

“Cebheinfo.az”-ın məlumatına görə, Ermənistan parlamentinin sədri Alen Simonyan jurnalistlərlə keçirdiyi brifinqdə belə deyib. 

“Elə bir problem yoxdur ki, Ermənistan və Rusiya tərəfləri bir-biri ilə müzakirə edib həll yollarını tapa bilməsin”, - deyə spiker əlavə edib.

Qeyd edək ki, bu gün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Rusiyaya gedib və hazırda həmkarı Sergey Lavrovla danışıqlar aparır. Gündəliyə Ermənistanın Avrasiya İqtisadi İttifaqında iştirakı məsələsi də daxildir.

Избранный
30
50
cebheinfo.az

10Источники