RU

Aİ İordan çayının qərb sahilində məskunlaşdırılan ekstremistlərə qarşı sanksiyaları davam etdirəcək

Avropa İttifaqı (Aİ) İordan çayının qərb sahilində məskunlaşdırılan ekstremistlərə qarşı sanksiyaları davam etdirəcək.

“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə brifinqdə Aİ diplomatiyasının rəhbəri Kay Kallasın nümayəndəsi Anuar əl-Anuni bildirib.

“Aİ Şərqi Qüds də daxil olmaqla, İordan çayının qərb sahilində məskunlaşdırılan ekstremistlərin zorakılıqdan istifadəsini qətiyyətlə pisləyir”, - deyə o, ABŞ Prezidenti Donald Trampın Amerikada analoji sanksiyaları ləğv etməsindən sonra Aİ-nin də bu cür addım atmaq perspektivləri ilə bağlı suala cavab verərkən söyləyib.

“ABŞ-nin sanksiya siyasəti onların müstəsna hüququdur”, - əl-Anuni deyib.

Aİ-yə gəlincə, o xatırladıb ki, Avropa Şurası İsrailin mülki şəxslərə hücumlara görə məsuliyyət daşıyanların əməllərinə görə cavab verməsi ilə mülki vətəndaşları müdafiə etmək borcunun olduğunu dəfələrlə təkrarlayıb.

Əl-Anuni əlavə edib ki, artıq görülən tədbirlərdən başqa, Aİ Şurasında məskunlaşdırılan tərəfindən “zorakılıq” hallarının aradan qaldırılması üçün yeni təkliflər öyrənilir.

Избранный
15
50
report.az

10Источники