"Prezident Donald Tramp administrasiyası artıq ABŞ-ın Ukrayna ilə bağlı strategiyasında kursu dəyişdiyini açıq şəkildə bildirir".
Publika.az xəbər verir ki, bunu ABŞ-ın yeni dövlət katibi Marko Rubio "NBC News" telekanalına müsahibəsində deyib.
O xatırladıb ki, Donald Tramp hətta seçki kampaniyası zamanı da məqsədinin insanların ölümünü və şəhərlərin dağıdılmasını dayandırmaq olduğunu bəyan edib.
“Hesab edirəm ki, bu, ümumi maraqlara uyğundur”, - deyə xarici siyasət idarəsinin rəhbəri qeyd edib.
Rubio etiraf edib ki, bu, asan olmayacaq, çünki hər bir tərəf döyüşə son qoymaq üçün “nə isə verməli olacaq”.