Azərbaycan Basketbol Liqasında XII tura start verilib.
"Far.Az"un məlumatına görə, günün yeganə matçında "Sərhədçi" "Abşeron" ilə üz-üzə gəlib.
"Sərhədçi" İdman Mərkəzində baş tutan A qrupunun oyununda "Abşeron" 85:79 hesablı qələbəyə sevinib.
Qeyd edək ki, tura yanvarın 26-da yekun vurulacaq