![](https://www.nuh.az/uploads/posts/2025-01/thumbs/big_1737489256_motem.jpg)
Türkiyənin Bolu vilayətinin Kartalkaya dağ-xizək mərkəzinin hotelində baş vermiş yanğınla bağlı qardaş ölkədə matəm elan olunub.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıqlama verib.
O, yanvarın 22-də ölkədə matəm günü elan olunduğunu açıqlayıb.
Qeyd edək ki, faciəvi yanğın nəticəsində 66 nəfər həyatını itirib. Hadisə ilə əlaqədar 4 nəfər saxlanılıb.