Bir neçə gün əvvəl VMR Şirkətlər Qrupunun rəhbəri Vüsal Həsənovla Müasir Psixoologiya Mərkəzinin əməkdaşı Sara Rəhmanova arasında münaqişə yaşanmışdı. S.Rəhmanova, anası M.Qəhrəmanlı və bacısı M.Əzizova sosial mediada paylaşımlar edərək V.Həsənovu ittiham edirlər. Onlar iddia edirlər ki, V.Həsənov S.Rəhmanovanı təhqir edib və daha sonra işdən qovub.
Məsələni araşdırmaq üçün V.Həsənovdan müsahibə götürdük. O, davanın videogörüntülərini də bizə təqdim etdi. Linkə daxil olub baxa bilərsiniz. Nə baş verdiyini görmək olur.
S.Rəhmanovanın da fikirlərini öyrənməyə hazırıq. Videoda bu barədə bildirmişik.