Bakıda avtomobil qadını vuraraq öldürüb.
Publika.az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə ötən gün saat 07:40 radələrində Nizami rayonu R.Rüstəmov küçəsində qeydə alınıb.
Belə ki, Şükür Məhərrəmov idarə etdiyi "Tofaş Doğan" markalı avtomobillə yolu keçən 1992-ci il təvəllüdlü Günay Əli qızı Pirizadəni vurub.
Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.