
Ötən ilin sonunda Özbəkistanda həbs edilən iş adamı Şəmsi Səmədzadə azadlığa buraxılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Gununsesi.info-ya iş adamının özü məlumat verib.
O, həbsinin səbəbləri barədə danışmayıb.
“Əsas odur ki, azadlıqdayam. İşdir, iş olan yerdə də problemlər olur”, - deyə Ş. Səmədzadə bildirib.
Qeyd edək ki, Azərbaycanda ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunan Şəmsi Səmədzadə prezidentin əfv sərəncamı ilə 2022-ci ildə azadlığa buraxılıb.