RU

5 günlük, yoxsa 6 günlük? - Nazir rəyini bildirdi

Elm və təhsil naziri Emin Əmrullayev bütün məktəblərin 5 günlük iş rejiminə keçməsi təklifinə münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, o, bəzi məktəblərdə şagird sıxlığı olduğundan dərsləri 6 günə bölməyin tərəfdarı olduğunu məqbul sayıb:

“Bu nöqteyi-nəzərdən, məktəbin rəhbərliyi və valideyn heyəti qərar verib ki, məktəbi 6 günlük etsinlər. Elə məktəb var ki, ora ənənəvi olaraq 6 günlük rejim olub, məktəb də bu ənənəyə davam etmək istəyir.

Məktəblərin hansı qrafik əsasında fəaliyyət göstərməsi nazirlik üçün o qədər də maraqlı deyil. Əsas odur ki, həftə ərzində qanunla müəyyənləşdirilmiş saat hesabını keçməsinlər. Məktəblərdə dərslərin saat neçədə başlaması, 5 və ya 6 günlük rejimdə fəaliyyət göstərməsi ilə bağlı qərar məktəb-valideyn şurasının qərarı ilə tənzimlənir”.


Telegram kanalımız
Избранный
183
5
yenisabah.az

7Источники