RU

Dieqo Simeone “Vilyarreal”la heç-heçəni şərh etdi

Madrid “Atletiko”sunun baş məşqçisi Dieqo Simeone İspaniya La Liqasının 21-ci turunun “Vilyarreal”la ev oyununu şərh edib.

Arena.az məlumat verir ki, “döşəkçilər” birinci hissədə penaltidən qol buraxsalar da, ikinci hissədə bərabərliyi təmin edə biliblər.

“Atletiko”nun gücü yalnız buna çatıb və oyun 1:1 hesabı ilə bitib. Dieqo Simeone matçdan sonra baş tutan mətbuat konfransında bunları dilə gətirib:

“Penalti ilə bağlı məqama gəlincə, oyunçular dedilər ki, əvvəlcə oyunçu ilə, sonra isə topla təmas vardı. Oyundan sonra buna o qədər də əhəmiyyət vermirəm. VAR var, dördüncü hakim var və əgər bunun penalti olduğunu düşünürlərsə, deməli, penaltidir. Məncə, bu, ədalətlidir.

Heyətdə yeddi dəyişikliyi etmişdik. Heyətimizdə kifayət qədər futbolçu olduğuna görə, hər kəsə qarşı tələblər çox yüksək olduğu üçün biz müvafiq əvəzləmələri etməyə borcluyuq.

Birinci hissədə “Vilyarreal” çox qapalı oynadı. Onlar bunu çox yaxşı icra edirlər, amma penaltidən əvvəl çox da fürsətləri yox idi. İkinci hissədə isə iki çox yaxşı fürsət əldə etdilər. Onlar fəal oynamağa çalışırdılar.

Anxel (Korrea) iki imkana malik idi, amma onlardan yararlanmaq üçün kifayət qədər məkanı yox idi. Son dəqiqələrdə komandam davamlı olaraq qələbə üçün fürsət axtarırdı, hesabı bərabərləşdirdik. Barrios bir məqama, Qrizmann da bir məqama malik idi. Mən hesab edirəm ki, heç-heçə ədalətli nəticədir. Çempionat uzundur, biz hələ də düşünür və oyundan oyuna keçib-gedirik”, deyə argentinalı mütəxəssis vurğulayıb.

21 oyunda 45 xal toplamış “Atletiko” İspaniya La Liqasının yarış cədəvlində 2-ci pillədə qərarlaşıb. “Vilyarreal” isə 34 xalla 5-ci pillədədir.

La Liqaya 49 xalla “Real” başçılıq edir.

Избранный
38
arena.az

1Источники