RU

Salah Anrini keçdi

style='margin-bottom:10px;'>

"Liverpul"un futbolçusu Məhəmməd Salah İngiltərə Premyer Liqasında legionerlər arasında ən sərrast futbolçular siyahısında 2-ci pilləyə yüksəlib.

QOL.az xəbər verir ki, misirli hücumçu "İpsviç" (4:1) oyunda 176-cı qolunu vuraraq Tyerri Anrini (175) arxada qoyub.

Siyahıya "Mançester Siti"nin keçmiş futbolçusu Serxio Aquero başçılıq edir. Argentinalı hücumçunun hesabında 184 qol var. Salahın Serxionu ötməsi üçün daha 9 qol vurması tələb olunur.

Qeyd edək ki, 32 yaşlı futbolçu bu mövsüm 19 qol vurub və 13 qol ötürməsi edib

Избранный
98
5
teleqraf.com

10Источники