"Qarabağ" Misli premyer-liqasının evdə keçirilən 20-ci tur matçında "Turan Tovuz"a uduzdu - 1:2.
"Football-plus.az" xəbər verir ki, "köhlən atlar"ın baş məşqçisi Qurban Qurbanov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavabladı.
- Məğlub olmaq istəməzdik. Təəssüf ki, uduzduq. Futbolçularım demək olar ki, 90 dəqiqə oyuna nəzarət etdi. Futbol bəzən belə çirkin tərəflərini göstərir. Bəzən bir dəqiqə içində hər şey alt-üst olur. "Turan Tovuz"u təbrik edirəm.
- Son iki oyunda künc zərbəsindən 4 qol buraxmısız. Bunun üzərində çalışırsız?
- FKSB ilə oyundakı problemlərdən danışdım. Bu oyuna gəlincə, qapıçı meydançasında cərimənin necə olduğunu bilirəm. Qapıçını 5 nəfər əhatəyə alırsa, topa çıxmağa qoymursa və buna reaksiya vermirlərsə, buna nə deyə bilərəm? Rəqib Şahruddini əllə, bədənlə itələyir. Bu, tək indi deyil. Neçənci dəfədi ki, belə olur. Biz həmişə qalib gələn komandanı təbrik etmişik. Lakin belə hallara reaksiya verilmirsə, əlbəttə ki, daha artığını edəcəklər. Qapıçı öz meydançasında toxunulmazdı. Razıyam ki, ikinci qolda səhvə yol verdik. Məncə, hakimlər belə epizodlara sadə yanaşır. Camaatın burda haqqı, əziyyəti var. Belə olmaz axı! 12 yaşlı uşaqlara hakimlik etmirsən ki! Düz nədisə, onu et. Demək olar ki, bütün oyunlarda belə hallara rast gəlirik. Təbii ki, məğlubiyyətin səbəbi bu deyil. Lakin iki əllə futbolçumuzu itələyirlər. Bu üzdən əsəbləşdim... Epizoda bəlkə 10 dəfə baxdım. Faiq Hacıyevin tapşırığı ancaq qapıçı ilə oynamaqdı. Başqa işi yoxdu! Şahruddin topa yaxınlaşmaq istəyir, Faiq onu itələyir. Bu, cərimə deyilsə, nədi? Top göydə olanda oyun saxlanılmalı idi... Nəysə... Rəqibi təbrik edirəm. Çox istəkli idilər.
- Hakimlərin qərəzli olduğunu düşünürsüz?
- Yox. Məncə, məsuliyyətsizdilər! Cavid Cəlilov qaydaları bilir. Əvvəlki komitə sədri ilə gəlib qanunları izah edirdilər. Camaat aylardı ki, əziyyət çəkir... "Qarabağ" və ya ya "Neftçi" olsun. Bunun fərqi yoxdu.
- İcraiyyə Komitəsində bu məsələni qaldıracaqsız?
- Məncə, ehtiyac yoxdu. Ora bunu qabartmağın yeri deyil. Futbolçularımızdan tələb edirik. Məsuliyyət çox vacib şeydi. Aldığımız əməkhaqqına layiq olmalıyıq. Çünki, ailəmizi bu işlə dolandırırıq. Hamı bu cür yanaşmalıdı. Hakimlər də məsuliyyətli olmalıdı.
- Rəqibin penalti gözlədiyi epizodlar da var idi. Bunları necə şərh edərdiz?
- Olsaydı verərdilər. Saxlamazdılar.
- Musa meydandan çıxandan sonra Benzya hücumda oynadı. Bundan sonra da onu həmin mövqedə görə bilərik?
- Bütün oyunlarda yox. Hansısa oyunlarda ola bilər.
- Rəsmi danışıq apardığınız futbolçular var?
- Yox. Bir-iki futbolçuyla maraqlandıq. Dəqiq desək, özləri ilə danışdıq. Amma nəticə hasil olmadı. Hansısa futbolçuya görə rəsmi təklif göndərilməyib.
KƏNAN BAHADIR
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта