RU

Paşinyanı sakitləşdirin, yoxsa Ermənistanı məhv edəcək... –LUKAŞENKO XƏBƏRDARLIQ ETDİ

Ermənistan Avropa Birliyi ilə təhlükəli oyuna  başlayıb. Onu (Nikol Paşinyanı nəzərdə tutur – red.) orada sakitləşdirin, Ermənistanı məhv edəcək. O həm də Rusiyanı özünə qarşı qoyur. O, balaca ərazisi ilə mühasirəyə alınıb. İndi Avropa Birliyi orada ona nəsə kömək etməyə başlayacaq. Ona görə də onu sakitləşdirmək lazımdır. Qafqazda müharibəyə yol vermək olmaz.

 

Senzor.az yerli KİV-ə istinadən bildirir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

 

Lukaşenko Ermənistan rəhbərliyinin Belarusa qarşı incikliyindən də danışıb: “Azərbaycanı dəstəklədiyim üçün məndən inciyirlər. Mən həmişə sağlam düşüncənin, müharibə olmamasının tərəfdarı olmuşam ki, bir-birimizlə vuruşmayaq.

 

Faktiki olaraq Azərbaycan və Ermənistan liderləri arasında vasitəçi kimi çıxış edərək ərazi mübahisəsinin sülh yolu ilə həllinə yardım etməyə çalışırdım. Azərbaycan Prezidenti İlham Əliyev iqtisadi əməkdaşlıq və investisiyalar təklif etdi. Əliyevin Ermənistanla döyüşmək məqsədi belə yox idi...”.

Избранный
17
5
senzor.az

10Источники