RU

Futzal millimiz əsas mərhələyə vəsiqə qazandı - AÇ

19 yaşadək futzalçılardan ibarət millimiz Avropa çempionatının ilkin mərhələsində növbəti oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, B qrupunda yer alan İlqar Aslanovun komandası San Marinoda yığması ilə üz-üzə gəlib. Oyun 2:2 hesabı ilə başa çatıb. Bu nəticədən sonra xallarını 4-ə çatdıran U-19 millimiz Avropa çempionatının əsas mərhələsinə vəsiqə qazanıb. U-19 ilk matçda Kosovoya 4:1 hesabı iləqalib gəlib.

Qeyd edək ki, əsas mərhələnin görüşləri martın 25-30-u aralığında Xorvatiyada keçiriləcək. 7-ci qrupda yer alacaq futzalçılarımız meydan sahibi Xorvatiya,Bosniya və Hersoqovina və Türkiyə ilə qarşılaşacaq. Qrup qalibi bu ilin sentyabrında Moldovanın Kişinyov şəhərində keçiriləcək final mərhələsinə vəsiqə qazanacaq.

Избранный
45
5
football-plus.az

5Источники