RU

“PAŞA Bank” yeni təcrübə proqramı ilə peşəkar inkişaf fürsəti təqdim edir

Bakı. Trend:

Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank”müştəri məmnuniyyətinin standartlarının inkişafı və göstərilənxidmətlərin keyfiyyətinin artırılmasına hədəflənən “Öncə müştəri”təşəbbüsü çərçivəsində müxtəlif layihələrin həyata keçirilməsinəstart verib. Bu istiqamətdəki ilk layihələrdən biri yeni məzunlarvə tələbələr üçün bank sahəsində peşəkar inkişaf və uğurlu karyeraqurmaq məqsədilə "PAŞA Bank" təcrübə proqramı təqdim edir.

Proqram 6 aylıq müddəti əhatə edir. İştirakçılar bank sektorundareal iş mühiti ilə tanış olacaq, müştərilərlə birbaşa əlaqə quraraqpraktiki təcrübə toplayacaq və müştəri xidmətləri sahəsində dərinbiliklər əldə edəcəklər. Eyni zamanda, Bankın müştəriməmnuniyyətinin strategiyasının bir hissəsi olaraq, iştirakçılarakorporativ iş mühitində fəaliyyət göstərmək və peşəkarbacarıqlarını inkişaf etdirmək imkanı təqdim edilir. “PAŞA Bank”mütəxəssisləri tərəfindən keçirilən təlimlərə qoşularaqiştirakçılar biznes bilikləri ilə yanaşı praktiki bacarıqlar daəldə edəcəklər.

Təcrübə proqramı yüksək kommunikasiya bacarığına,təşəbbüskarlığa, komandada effektiv işləmək və detallara diqqətyetirmək qabiliyyəti olan bakalavr təhsilinin 3-cü və 4-cü kurstələbələri, hazırkı magistr tələbələri və 2024-cü il məzunları üçünnəzərdə tutulub.

Proqram haqqında ətraflı məlumat əldə etmək və qeydiyyatdankeçmək üçün linkə daxil olun: https://pshb.az/40kR4t6.

Избранный
113
2
az.trend.az

3Источники