RU

"Sehrli Şans Gecəsi" – "Azərlotereya"dan böyük yeniliklər (FOTO)

Bakı. Trend:

Ölkənin qanuni lotereya və idman mərc oyunları operatoru“Azərlotereya” innovativ yanaşmaları və oyunçulara təqdim etdiyigeniş yeniliklərlə ölkənin lotereya sektorunda əlamətdar bir səhifəaçır.

"Sehrli Şans Gecəsi" adlı təqdimat mərasimində şirkətin tirajlılotereya oyunlarının dəyişilən loqoları, eləcə də rəsmi veb-saytınümayiş etdirilərək oyunçuları sevindirən yeniliklərə imzaatılıb.

Əsas yeniliklərdən biri "Meqa 5/36" oyununu əvəzləyən “Beşdə 5”lotereyası olub. Bu oyunda 36 rəqəm arasından 5 sevimli rəqəmiseçməklə hər gün 50 000 manat böyük uduş qazanmaq şansı var. Artıqson 2 həftədə "Beşdə 5" lotereyasında 3 dəfə 50 000 manatudulub.

Bundan başqa, “4+4” lotereyasında 500 000 manatdan çox cekpotoyunçuları gözləyir, “Super Keno”da isə böyük uduşun məbləği 1 000000 manat təşkil edir.

Daha sonra "Sehrli Şans Gecəsi"ndə “Azərlotereya”nın tamamiləyenilənmiş rəsmi veb-saytı təqdim olunub. Artıq istifadəçilərAzerlotereya.comsaytında da onlayn şəkildə oyunları oynamaq və öz şanslarınıyoxlayaraq qazanmaq imkanı əldə edə bilərlər.

Təqdimat mərasimində çıxış edən "Azərlotereya"nın İdarəHeyətinin sədri Osman Karakuş şirkətin son 3 ildə qazandığıçoxsaylı nailiyyətlərdən, cəmiyyətimizin inkişafına töhfə verənsosial layihələrdən bəhs edib. Bildirilib ki, şirkət şəffaffəaliyyəti, müasir innovativ yanaşması ilə müştərilərinəbir-birindən maraqlı və əyləncəli şans oyunları təqdim edir.

Gecədə sevimli rəqəmlər həyatını dəyişər şüarı ilə lotereyaoyunlarının qədim ənənəsindən, bu vaxta qədər keçdiyi uzun yoldandanışılıb. Gecənin sonuna musiqili şou proqram ilə davamedilib.

Məqalədə:
Избранный
12
12
az.trend.az

10Источники