RU

TRT Zəngəzurla bağlı xəritə yaydı, İrəvan qarışdı - Foto

"TRT Vörld"-ün Zəngəzur dəhlizi ilə bağlı yayımladığı xəritə və məqalə, Ermənistanda ciddi narahatlıq doğurub. Məqalədə, İranın Suriyadakı məğlubiyyətləri və Yaxın Şərqdə proksilərinə endirilən ağır zərbələr nəticəsində çətin vəziyyətə düşdüyü vurğulanır. İqtisadi böhran yaşayan İranın, Zəngəzur dəhlizinin açılmasına razı olmaqdan başqa çarəsinin qalmadığı qeyd edilir.

Məqalədə, İranın regional layihələrə yenidən baxmağa başlayacağına da işarə edilir. Bununla yanaşı, dəhlizlə bağlı yayımlanan xəritə xüsusilə diqqət çəkib. Xəritəyə görə, Zəngəzur dəhlizinin başlanğıc nöqtəsi Zəngilan rayonunun Ağbənd qəsəbəsi, bitiş nöqtəsi isə Naxçıvan Muxtar Respublikasının Ordubad şəhəri olacaq. Nəşr, dəhlizin açılmasının İran üçün də faydalı olacağına diqqət çəkərək, İranın Naxçıvan və Türkiyə üzərindən Avropaya çıxış əldə edə biləcəyini bildirir.

Bu məqalə və xəritə Ermənistanda ciddi müzakirələrə səbəb olub. Yerli mətbuat və siyasətçilər arasında narahatlıq artıb. İranın sərhədlərini özünün "qırmızı xətti" adlandıran Ermənistanın, Tehranın qərarını dəyişməsi ilə dəhlizin açılmasına razılıq verməsi ehtimalı erməniləri təşvişə salıb. Ermənistanın Baş naziri Nikol Paşinyanın bu məsələyə artıq razı olduğu və Tehranın da mövqeyini dəyişməsi ilə dəhlizin açılmasının qarşısında heç bir maneə qalmadığı bildirilir

Избранный
26
8
bakuinfo.net

10Источники