RU

Ətin qiyməti niyə bahalaşıb? - AÇIQLAMA

Ətin qiyməti niyə bahalaşıb? - AÇIQLAMASon bir ayda paytaxtda ətin qiymətində artım müşahidə edilir. Belə ki, əvvəlki aylarla müqayisədə mal ətinin qiymətində 1, quzu ətinin qiymətində isə 2 manat fərq var.

Bəs görəsən ətin qiymətinin artmasının səbəbi nədir?

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli Sonxeber.az - a açıqlama verib:

"Ətin qiymətinin bahalaşmasının bir-neçə səbəbi var. Səbəblərin birincisi ölkədə son illər ümumi infilyasiya səviyyəsinin pandemiyadan sonra yüksək olmasıdır. Pulun dəyərinin azalması bütün sahələrdə olduğu kimi ətin də qiymətinin artmasına səbəb oldu. İkinci məsələ ət istehsalçılarının xərcinin artmasıdır. Hazırda ətin 1 kiloqramının maya dəyəri əvvəlki illərlə nisbətdə daha bahadır. İntensiv təsərrüfatda istifadə olunan heyvan yemləri əvvəlki illərlə nisbətdə artıb. Bununla yanaşı fərdi ev təsərrüfatlarında da xərclər artıb. Onların istifadə etdiyi ot bağlamaların qiyməti artıb. Bundan əlavə getdikcə heyvanları otarmaq üçün istifadə olunan boş otlaq sahələrin də sayı azalır. Xüsusən Aran zonasında torpaq ərazilər şoranlaşır. Beləliklə həm ümumi qiymət səviyyəsinin, həm ətin 1 kiloqramının maya dəyərinin artması və ölkədə saxlanılan xırda və iribuynuzlu heyvanların sayının azalması ətin bahalaşmasına bilavasitə səbəb olur"

Çiçək

Избранный
33
50
sonxeber.az

10Источники