RU

Qazaxıstanın ilk Qaşaqan neft partiyası Bakı limanına yola düşüb

Astana. Trend:

Qazaxıstanın Kaşaqan neftini daşıyan “Taraz” tankeri Aktaulimanından çıxıb və Bakı istiqamətində yola düşüb.

Trend-in “KazMunayQaz”aistinadən məlumatına görə, bu tədarük prezident Kasım-JomartTokayevin yerli karbohidrogenlərin ixracı üçün alternativmarşrutların inkişaf etdirilməsi ilə bağlı göstərişinin həyatakeçirilməsi çərçivəsində “KazMunayQaz” şirkətlər qrupu tərəfindənhəyata keçirilir.

Ardınca Qazaxıstandan daşınan neft Bakı-Tbilisi-Ceyhan borukəməri ilə Aralıq dənizinə nəql olunacaq. İxracatçı “KMQ KaşaqanB.V” şirkətidir. Bu addım Transxəzər beynəlxalq nəqliyyatmarşrutunun davamlı inkişafına vasitəçilik edəcək.

Xatırladaq ki, 2022-ci ildə "KazMunayGaz" (KMQ) SC vəAzərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) arasında Qazaxıstanneftinin tranzitini nəzərdə tutan saziş bağlanıb.

2024-cü ilin mart ayında KMQ və SOCAR arasında QazaxıstanRespublikasının ərazisi vasitəsilə neft tranzitinin həcmlərininmərhələli şəkildə artırılmasına dair razılaşma əldə olunub. Sənədəəsasən, tədarük həcmləri ildə 2,2 milyon tona qədərartırılacaq.

Məqalədə:
Избранный
12
3
az.trend.az

5Источники