RU

Kaliforniya ABŞ-dan ayrılırmı?

Kaliforniya ABŞ-dan ayrılırmı?

ABŞ prezidenti Donald Trampın 5 noyabr 2024-cü il seçkilərində qalib gəlməsindən sonra Kaliforniya ştatının müstəqilliyini tələb edən “Calexit” petisiyası yenidən gündəmə gəlib.Noyabrın 5-də keçirilən prezident seçkilərində Demokratlar Partiyasının qalib gəldiyi Kaliforniyada ştat sakinlərinə ABŞ-dan ayrılmaq üçün səs verə biləcək təşəbbüs elan edilib.Ştatın təcrübələrinə uyğun olaraq, rəsmi internet saytında dərc edilən kampaniya bəyanatında "ABŞ-dan ayrılma" təklifinin sahibi Marcus Ruiz Evans,məsələnin noyabrda səsvermə bülleteninə daxil edilməsi üçün 2028 seçkilərində qeydə alınmış seçicilərin 5 faizi ya da ən az 546.651 adamın imza toplaması lazım olduğu ifadə edilib.Açıqlamaya görə, təklif verən Evansın iyulun 22-dək topladığı imzaları mahal seçki rəsmilərinə təqdim etməlidir.“Kaliforniya ABŞ-dan ayrılıb müstəqil dövlət olmalıdır” təklifi zaman-zaman gündəmə gəlib.Donald Trampın 2016-cı il seçkilərindəki qələbəsindən sonra sosial mediada “Calexit” kampaniyası başladılıb və kampaniya sahiblərinin dediyinə görə, təxminən 220 min insanı cəlb edib.Kampaniyaçı Evans adı Böyük Britaniyanın Avropa İttifaqından çıxmaq planı olan Brexit-dən ilhamlanan “Calexit” üçün imza topladığı vebsaytında kampaniyanın başlanğıc nöqtəsini və prosesini ətraflı izah edib.Saytdakı bəyanatda deyilir ki, "Calexit" təşəbbüsü Kaliforniyada cəmiyyətin özünü idarə etdiyi gələcəyi təmin etmək məqsədi daşıyır:"Biz Calexit-də bir missiyada birləşmişik: Kaliforniyanı yalnız Kaliforniya əhalisi tərəfindən idarə olunan azad, müstəqil və firavan bir ölkə etmək. Kaliforniyanı müstəqil et!.Müraciətə ABŞ Konstitusiyasına ştatlara ayrılmaq hüququ verməyən düzəlişlər tələbi də daxildir.

Избранный
46
5
afn.az

4Источники