RU

Estoniyada "Sputnik" əməkdaşına hökm oxundu - 3,5 il...


Sputnik Meedia-nın əməkdaşı Mati-Dmitri Terestal Estoniyada “beynəlxalq sanksiyaları pozmaq” ittihamı ilə iki il dörd ay sınaq müddəti olmaqla üç il yarım şərti həbs cəzasına məhkum edilib.

Bakupost.az xəbər verir ki, bu barədə ERR teleradio şirkəti Estoniya prokurorluğuna istinadən məlumat yayıb.

Məhkəmə müəyyən edib ki, 2019-cu ildə “Sputnik Eesti” bağlandıqdan sonra Terestal və onun həyat yoldaşı Yelena Çerışeva “Sputnik”in fəaliyyətini davam etdirən QHT yaradıblar. Prokuror iddia edir ki, təqsirləndirilən şəxslər bilərəkdən beynəlxalq sanksiyalara məhəl qoymayıblar.

Yelena Çerışeva deyib ki, hökm proqnozlaşdırıla bilən idi. O, hesab edir ki, əri Estoniyada olsaydı, həbsxanaya göndərilə bilərdi. O, həmçinin qeyd edib ki, “Sputnik Meedia”nın “Rossiya Seqodnya” ilə əlaqəsinə dair heç bir sübut yoxdur və hesab edir ki, onların məzmunu ölkələr arasında mehriban qonşuluq münasibətlərini dəstəklədiklərinə görə antipatiyaya səbəb olub.

Mati-Dmitri Terestalın hələlik apellyasiya şikayəti ilə bağlı qərarverilməyib.

Zaur, BakuPost

Избранный
125
50
bakupost.az

10Источники