RU

Mixail Qorbaçovun mükafatdan məhrum olunması tələbi ilə Nobel Komitəsinə müraciət edilib

Bakı. Trend:

“Qobustan” Azərbaycan Ziyalıları Cəmiyyətinin sədri SəadətKəriminin rəhbərliyi altında cəmiyyət üzvləri, ictimai fəallar, 20Yanvar şəhidlərinin ailə üzvləri və Qarabağ müharibəsi veteranlarıda olmaqla 100 nəfərdən çox insanın iştirakı ilə videokonfranskeçirilib.

Trend xəbər verirki, konfransın gedişatında yekdilliklə Norveç Nobel Komitəsinəünvanlanmış qətnamə qəbul edilib.

Nobel Komitəsinin sədri Yorgen Vatne Frydnesə və komitəüzvlərinə göndərilən açıq məktubda Mixail Qorbaçova 1990-cı ildəNobel

mükafatının verilməsinin ədalətsiz olması ilə bağlı məsələqaldırılıb. Sənəddə qeyd olunur ki, 1990-cı il 20 Yanvar faciəsinəgörə əsas məsuliyyəti M.Qorbaçov daşıyır. Məhz onun əmri ilə sovetordusu Bakıya və Azərbaycanın digər ərazilərinə daxil olub.

Qətnamədə M.Qorbaçovun Nobel mükafatından məhrum edilməsi tələbolunur. Qeyd edilir ki, bu addım tarixi ədaləti bərpa edəcək, NobelKomitəsinin Azərbaycan xalqına olan hörmətini nümayiş etdirəcək vəmükafatın mənəvi nüfuzuna inamı artıracaq. Nobel mükafatınınəsaslandığı fundamental dəyərlərin qorunması zərurəti xüsusi qeydolunur.

Bundan başqa, məktubda qeyd olunur ki, 20 Yanvar faciəsi nəinkiAzərbaycan xalqına, hətta ümumilikdə bütün bəşərə qarşıcinayətdir.

Избранный
32
9
az.trend.az

10Источники