RU

Sabunçuda 56 yaşlı kişini avtomobil vurub

Bakının Sabunçu rayonunda 56 yaşlı kişi yol-nəqliyyat hadisəsi zamanı xəsarət alıb.

“Report” xəbər verir ki, 1969-cu il təvəllüdlü Rüstəmov İlham Famil oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona burun sümüklərinin sınığı diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Избранный
25
2
report.az

3Источники