RU

Bill Qeyts: "İlon Maskın AfD-yə dəstəyi dəlilikdir"

"Microsoft"un qurucusu Bill Qeyts həmkarı İlon Maskın Avropadakı populist ritorikasını tənqid edib.

Bakıvaxtı.az "The Guardian"a istinadən xəbər verir ki, Qeyts İlon Maskın qarşıdan gələn  Almaniya seçkilərinə müdaxiləsini, həmçinin Britaniyanın baş naziri Keir Starmerlə bağlı şərhlərinə münasibət bildirib.

Onun sözlərinə görə, Maskın ölkələrdə siyasi vəziyyəti və sabitliyi poza bilməsi həqiqətən də çılğınlıqdır.

Qeyd edək ki, İlon Musk Almaniyada hakimiyyətə gələn yalnız sağçı Almaniya üçün Alternativ (AfD) partiyasının ölkəni xilas edə biləcəyini açıqlayıb. 

Gülşən Şərif

Избранный
57
bakivaxti.az

1Источники