RU

Keçmiş hakim Bakı hava limanında həbs edildi

Rusiya Federasiyasının Krasnodar vilayətinin keçmiş hakimi, dələduzluq və saxtakarlıqda şübhəli bilinən Yelena Xaxaleva Bakı hava limanında saxlanılıb.

"Bakuinfo" unikal.az-a istinadən  xarici KİV-ə istinadən bildirir ki, Xaxaleva 2023-cü il mayın 16-da beynəlxalq axtarışa verilmişdi.

Kimdir Yelena Xaxaleva?Xaxaleva 2021-ci ildə qızının toyundan yayılan dəbdəbəli görüntülərlə gündəmə gəlmişdi. Bu qalmaqaldan sonra onun saxta ali təhsil diplomu ilə hakim vəzifəsində çalışdığı üzə çıxmışdı.Elə həmin il dekabr ayında, Rusiya Hakimlərinin Ali İxtisas Kollegiyası ona qarşı cinayət işinin başlanmasına icazə vermişdi.

Xaxaleva Rusiyanı tərk edərək Gürcüstana yerləşmiş və Rusiyadakı mülkünü 85 milyon rubla satmışdı. Bu müddət ərzində Rusiya hüquq-mühafizə orqanları tərəfindən beynəlxalq axtarışa verilmişdi. Bakı hava limanında həbs olunması, illərdir davam edən qaçaq həyatına son qoyub.

Rusiyada Xaxalevanı 15 ilədək həbs cəzası gözləyir.

Избранный
35
bakuinfo.net

1Источники