RU

Nazirlik əməkdaşı cinayət məsuliyyətinə cəlb edildi

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Ədliyyə Nazirliyinin əməkdaşı cinayət məsuliyyətinə cəlb edilib.
Oxu.Az "Qafqazinfo"a istinadla xəbər verir ki, rayon icra şöbələrindən birində icra məmuru işləmiş Ayxan Nəsrulla oğlu Novruzov rüşvət almaqda və dələduzluqda ittiham edilir.
A.Novruzov barəsindəki qanunsuzluqlar haqda daxil olmuş məlumatlar Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
Ona qarşı rüşvət alma və dələduzluq maddələri ilə yekun ittiham elan edilib, barəsində məhkəməyə qədər ev dustaqlığı qətimkan tədbiri seçilib.
Yaxın günlərdə iş üzrə məhkəmə araşdırmasının başlayacağı gözlənilir.
Избранный
21
14
oxu.az

10Источники