RU

Tokayev ölkədə nüvə klasterinin yaradılması göstərişi verdi

Hurriyyet.az xəbər verir ki, Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev hökumətə respublikada nüvə klasterinin yaradılmasına başlamaq barəsində göstəriş verib.

Tokayev hökumətin geniş iclasındakı çıxışı zamanı deyib: "Enerji çatışmazlığının artması fonunda biz ilk AES-in tikintisini sürətləndirməli və ümumilikdə ölkədə nüvə klasteri yaratmağa başlamalıyıq. Bu, ölkəmizin tərəqqisini təmin etmək üçün mühüm məsələdir".

Tokayev Nazirlər Kabinetinə "Samruk-Kazına" dövlət fondu ilə birlikdə atom sənayesinin inkişafı üçün uzunmüddətli planlar hazırlamağı tapşırıb.

O deyib: "Bir daha vurğulayıram: ölkəmizin atom enerjisinə ehtiyacı var, onsuz Qazaxıstanın mütərəqqi inkişafı sual altında qalacaq. Enerji bütün iqtisadiyyatın hərəkətverici qüvvəsidir. Təbii ki, biz yalnız bütün regionları enerji ilə təmin etməklə, onların firavanlığını və həyat səviyyəsini yüksəldə bilərik”.

Hürr Tərcüman

Избранный
26
hurriyyet.az

1Источники