Afrika Millətlər Kubokunun püşkü atılıb.
İdman.biz xəbər verir ki, püşkatma mərasimi Mərakeşin paytaxtı Rabatda keçirilib.
Final mərhələsində mübarizə aparacaq 24 komanda 6 qrupa bölünüb.
A qrupu: Mərakeş, Mali, Zambiya, Komor adaları;
B qrupu: Misir, CAR, Anqola, Zimbabve;
C qrupu: Nigeriya, Tunis, Uqanda, Tanzaniya;
D qrupu: Seneqal, Konqo DR, Benin, Botsvana;
E qrupu: Əlcəzair, Burkina-Faso, Ekvatorial Qvineya, Sudan;
F qrupu: Fil Dişi Sahili, Qabon, Kamerun, Mozambik.
Qeyd edək ki, Afrika Millətlər Kuboku 2025-ci il dekabrın 21-dən 2026-cı il yanvarın 18-dək keçiriləcək.
İdman.biz