Türk ordusu Suriya və İraq ərazisində 12 PKK terrorçusunu məhv edib.
Reyting.az xəbər verir ki, bunu Türkiyə Milli Müdafiə Nazirliyi bildirib.
“Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz İraqın şimalındakı Qara bölgəsində aşkarlanan 2 PKK terrorçusunu, Suriyanın şimalında isə “Fərat Qalxanı” və “Sülh çeşməsi” bölgələrində aşkarlanan 13 PKK/YPG terrorçusunu zərərsizləşdirib”, - deyə məlumatda qeyd olunub.