RU

Lion “Olimpik”i Pyer Sajın istefasını açıqladı

Lion “Olimpik”i fransız mütəxəssis Pyer Saj ilə əməkdaşlığına xitam verdiyi haqda məlumatı ictimailəşdirib və mövqeyini əsaslandırıb.

Arena.az Fransa klubunun rəsmi saytına istinadən məlumat verir ki, müvafiq qərar Liqa 1 təmsilçisinin idman maraqlarına dayanır:

“2024/2025-ci illər mövsümünün məzmunu əsasında hazırlanmış müvafiq idman seçimi, 2024-cü ilin əvvəlindən görülmüş nəhəng işləri şübhə altına almır, bunun üçün Lion həmişə Pyer Saja və onun heyətinə minnətdar olacaq”, – “Olimpik”in rəsmi açıqlamasında deyilir.

Xatırladaq ki, Pyer Saj “uşaqlar”ın sükanı arxasına 2023-cü ilin noyabr ayının 30-da italyan mütəxəssis Fabio Qrossonun (Qrosso) istefaya göndəriməsilə, baş məşqçi səlahiyyətlərinin müvəqqəti icraçısı olaraq gətirilmişdi. 2024-cü ilin yanvar ayında isə, özünü sübut etmiş Saj “Olimpik”in sükanı arxasına baş məşqçi olaraq rəsmi təyinat almışdı.

Vurğulayaq ki, Lion “Olimpik”i Sajın məşqçilik təcrübəsində ilk ciddi sınaq idi.

45 yaşlı mütəxəssis bu müddətdə “Olimpik”i 56 oyuna çıxarıb, 33 qələbə, 9 heç-heçə, 14 məğlubiyyət yaşayıb. Pyer Sajın rəhbərliyi altında “uşaqlar”ın top fərqi isə 106:78 nisbətindədir.

Cari mövsümdə keçirdiyi 19 oyunda 30 xal toplamış “Olimpik” Fransa Liqa 1-in yarış cədvəlinin 6-cı pilləsində qərarlaşıb.

Избранный
32
arena.az

1Источники