RU

Fransada miqrantlar üçün qaydalar sərtləşdirilib

Fransada

Fransa Daxili İşlər Naziri Bruno Retayo, 2012-ci ildə onun əvvəlki vəzifədaşı Manuel Vals tərəfindən müəyyən edilmiş miqrantların qanuniləşdirilməsi qaydalarını sərtləşdirib. “Ulusum”.az xəbər verir ki, bu barədə "Kommersant" qəzetinin Fransadakı müxbiri Aleksey Tarkanov məlumat verib.Onun sözlərinə görə, Retayo miqrasiya siyasətində sərt yanaşmanı müdafiə edir və dəfələrlə qeyri-qanuni miqrasiya üçün qanuni stimulların aradan qaldırılmasının vacibliyini vurğulayıb."Fransızlar qayda-qanun gözləyir və mən onlara bunu təmin etmək niyyətindəyəm", — deyə nazir Versaildə keçirilən mətbuat konfransında bildirib.Ən önəmli dəyişikliklərdən biri, "yer hüququ" adlanan prinsipin yenidən nəzərdən keçirilməsidir. Xüsusilə, Fransada doğulan uşaqları üçün Fransa vətəndaşlığı əldə etmək istəyən xarici valideynlərə daha sərt şərtlər tətbiq olunacaq.Yeni tənzimləməyə görə, valideynlər ölkədə qanuni olaraq ən azı bir il müddətində qalmalıdır. Yalnız bu halda, onların uşağı vətəndaşlıq üçün müraciət edə biləcək.Səidə

Diqqət Çəkənlər

NYT: Trampın Tülsi Qabbardın namizədliyinə şübhələri və mühafizəkarların narahatlığı

Prezident İlham Əliyev İsrail İqtisadi Forumunun həmtəsisçisi və idarə heyətinin üzvünü qəbul edib

Ağ Ev: Kolumbiya ABŞ-dan deportasiya reyslərini qəbul etməyə razılaşıb

Избранный
31
ulusum.az

1Источники