RU

Basketbol: “Abşeron” və NTD kubokun 1/4 finalında!

Bu gün kişilərdən ibarət komandalar arasında təşkil olunmuş basketbol üzrə Azərbaycan kubokunun 2025-ci il mövsümünə start verilib.

Arena.az xəbər verir ki, 1/8 final mərhələsinin ilk günündə iki qarşılaşma baş tutub.

Kubok mövsümü Lənkəranda başlayıb. Eyniadlı komanda NTD ilə görüşüb. Azərbaycan çempionatının autsayderi kubokda da uduzaraq, yarışla erkən vidalaşıb.

İlk oyun gününə Abşeronda yekun vurulub. “Quba” Abşeronun eyniadlı komandasının qonağı olub. Oyunun qalibi iki overtaymdan sonra müəyyənləşib. Meydan sahibləri 96:94 hesabı ilə qalib gəliblər.

Bu nəticələrdən sonra ilk 1/4 final cütləri bəlli olub. NTD növbəti mərhələdə “Şəki” ilə, “Abşeron” isə “Naxçıvan”la qarşılaşacaq.

Qeyd edək ki, 1/8 final mərhələsinə yanvarın 29-da yekun vurulacaq. Belə ki, sabah “Gəncə” “Ordu”nu, “Sumqayıt” isə “Neftçi”ni sınağa çəkəcək.

Basketbol, Azərbaycan kuboku
1/8 final
28 yanvar

“Lənkəran” – NTD 73:87 (11:24, 21:20; 23:20, 18:23)
Lənkəran Olimpiya İdman Kompleksi.

“Abşeron” – “Quba” 96:94 (21:16, 26:21, 15:23, 9:11, 13:13, 12:10)
Abşeron Olimpiya İdman Kompleksi.

Избранный
39
7
arena.az

10Источники