RU

Yanan təyyarənin sərnişinləri təxliyə edildi

Cənubi Koreyanın “Air Busan” aviasiya şirkətinin Busan şəhərindəki beynəlxalq hava limanında yanan təyyarənin 169 sərnişini və 7 heyət üzvü təhlükəsiz təxliyə edilib.

Axar.az xəbər verir ki, bu barədə şirkətdən açıqlama verilib.

Bildirilib ki, Busandan Honkonqa uçmalı olan təyyarənin quyruğu alovlanıb. Dərhal hadisə yerinə yanğınsöndürənlər gəlib. Təxliyə zamanı 3 nəfər yüngül xəsarət alıb. Yanğın bütün təyyarəyə yayılsa da, nəzarət altına alınıb.

Qeyd edək ki, bu, son bir ayda Cənubi Koreyada təyyarələrlə bağlı 2-ci hadisədir. Dekabrın 29-da “Jeju Air” aviaşirkətinin sərnişin təyyarəsinin Muan şəhərinin beynəlxalq hava limanına qəza enişi zaman uçuş zolağından çıxaraq beton hasara çırpılması nəticədə təyyarə yanmış, nəticədə 175 sərnişinin hamısı, habelə 6 ekipaj üzvündən 4-ü həyatını itirmişdi.

Избранный
52
7
axar.az

10Источники