ABŞ şirkəti Boeing, 2024-cü ilin dördüncü rübündə 3,8 milyard dollar zərər etdiyini açıqlayıb.
Marja xəbər verir ki, il ərzində şirkətdə baş verən tətillər və digər problemlər zərər ilə nəticələnib.
Boeing, 2019-cu ildə 346 nəfərin ölümü ilə nəticələnən Max model təyyarəsində baş verən iki ayrı qəzadan sonra ümumilikdə 35 milyard dollardan çox zərər çəkib.
Boeing-in açıqladığı rəqəmlər, şirkətin keçən həftə əvvəllər bildirdiyi rəqəmlərə uyğundur ki, bura işlərin dayandırılması, ixtisarlar və bir sıra dövlət proqramları ilə bağlı problemlər səbəbindən dövr ərzində təxminən 3 milyard dollarlıq xərclər daxildir.
FactSet məlumat firmasına görə, Boeing-in səhmbaşına zərəri 5,46 dollar təşkil edib ki, bu da Wall Street analitiklərinin gözlədiyi 3,08 dollar zərərdən xeyli yüksəkdir.
Boeing çətin bir ili başa vurub. Ən çox satılan 737 Max, 777 jet ve 767 yük təyyarələrinin yığıldığı Renton və Everett zavodlarında işçilərin tətilləri bu müəssisələrdə istehsalı dayandırmış və Boeing-in təhvil qabiliyyətinə pis təsir etmişdi. Yeddi həftədən müddətdən sonra şirkət maaşları artırmağa və müavinətləri yaxşılaşdırmağa razılaşdıqdan sonra tətillər başa çatmışdı.