Ukrayna Silahlı Qüvvələri Rusiyanın Smolensk vilayətində nüvə enerjisi obyektinə hücum edib.
AzPost bildirir ki, ilkin məlumata görə, məhv edilmiş PUA-nın qalıqları Smolensk Atom Elektrik Stansiyasının ərazisinə düşüb.
Qubernator Anoxinin sözlərinə görə, bir neçə mülki obyekt kütləvi hücuma məruz qalıb. Bir neçə PUA hava hücumundan müdafiə və elektron döyüş sistemləri tərəfindən məhv edilib. Tələfat və dağıntı olmayıb.
Smolensk Atom Elektrik Stansiyası regionun cənubunda, Desnoqorsk yaxınlığında yerləşir. regionun ən böyük enerji müəssisəsidir və regionda elektrik enerjisi istehsalının demək olar ki, 90%-ni təmin edir.