![](https://www.nuh.az/uploads/posts/2025-01/thumbs/big_1738131568_exmd.jpg)
14 yaşlı rusiyalı şahmatçı David Əhmədov “Title Tuesday” onlayn turnirində keçmiş dünya çempionu norveçli Maqnus Karlseni məğlub edib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Əhmədov və Karlsen yarışın ikinci raundunda qarşılaşıblar.
2368 bal alan rusiyalı ağ fiqurlarla norveçlini üstələyib.
Qeyd edək ki, Karlsenin reytinqi 2831-dir, o, dünya reytinqinin lideridir.