Bu gün keçirilən bələdiyyə seçkilərində qanun pozuntusu baş verir. Bu barədə Nəsimi Bələdiyyə Şurasının üzvlüyünə namizəd, fəal Cəmilə Əlişova bildirib.
O, öz Facebook hesabında seçki məntəqələrindəki veb-kameralardan eyni insanların Nəsimi-Səbail Seçki Dairəsinin yan-yana yerləşən həm 12, həm 13, həm 28, həm də 29 saylı seçki məntəqələrində səs verdiklərini əks etdirən görüntüləri paylaşıb.
14 məntəqədə bülletenlərin qalaq-qalaq qutuya atılması qeydə alınıb.
Dairə seçki komissiyasında Turan-ın sualına cavabda bu iddiaları təkzib ediblər.