Bakı. Trend:
Xəzər rayonunda “Chevrolet” markalı avtomobildən 1800 manatınoğurlanması barədə polisə məlumat daxil olub.
Trend xəbər verir ki, bu barədə Daxili İşlərNazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Xəzər RPİ 2-ci Polis Şöbəsi əməkdaşlarınınkeçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinənS.Eminov saxlanılıb.
Araşdırmalarla onun rayon ərazisində yerləşən bir neçə evdənümumilikdə 11250 manat dəyərində məişət əşyaları, inşaatmaterialları, təmir alətləri və elektrik naqili oğurlaması damüəyyən olunub.
Rayon ərazisində oxşar üsulla törədilmiş daha bir oğurluqəməlinin üstü açılıb. Binə qəsəbəsi ərazisində “Toyota” markalıavtomobildən mobil telefon, gödəkçə və digər əşyaları oğurlamaqdaşübhəli bilinən, əvvəllər narkotiklə əlaqəli cinayətə görə məhkumolunmuş P.Talıbov da polis əməkdaşları tərəfindən saxlanılıb.
Araşdırmalarla saxlanılan şəxsin bir neçə avtomobildən pul, məişətəşyası, video-qeydiyyat qurğusunu oğurlaması da müəyyən olunub.
Hazırda hər iki faktla bağlı araşdırma aparılır.