RU

Rubio və Kallas Rusiyaya təzyiqin davamına dair anlaşdılar

ABŞ dövlət katibi Marko Rubio və Avropa İttifaqının xarici işlər naziri Kaya Kallas Ukraynada "ədalətli" sülhə doğru irəliləmək üçün Rusiyaya maksimum təzyiq göstərməyə davam etmək zərurəti ilə bağlı razılığa gəliblər.

Yenisabah.az Bloomberg-ə istinadla xəbər verir ki, bunu söhbətin məzmunu ilə tanış olan adı açıqlanmayan Aİ rəsmisi deyib.

Mənbənin sözlərinə görə, tərəflər ölkələr arasında əməkdaşlığın gücləndirilməsini, həmçinin ümumi xarici siyasət prioritetlərini müzakirə ediblər.

Bundan əvvəl ABŞ Dövlət Departamenti məlumat vermişdi ki, Rubio Kallasla danışıq zamanı Brüsselin Rusiyaya qarşı sanksiyaları uzatmaq qərarını alqışlayıb. Dövlət katibi Kallası Avropanın müdafiə xərclərini artırmağa çağırıb, transatlantik təhlükəsizliyin gücləndirilməsinin vacibliyini vurğulayıb və Çindən gələn çağırışlara işarə edib.


Telegram kanalımız
Избранный
57
9
yenisabah.az

10Источники