“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin qəzaya uğramasının səbəbləri ilə bağlı araşdırmanın nəticələrinə dair məlumat yaxın zamanlarda ictimaiyyətə açıqlanacaq”.Bunu TASS-a açıqlamasında Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib. Onun sözlərinə görə, Azərbaycanın müvafiq qurumları AZAL-a məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğramasının səbəblərini araşdırmağa davam edir: “Hesab edirik ki, yaxın zamanlarda tərəfdaş dövlətlərlə birgə bu məsələ ilə bağlı ictimaiyyətə ətraflı məlumat təqdim edəcəyik”.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта