RU

Narinin anası “qızım üçün” deyərək görün nə etdi?

Diyarbəkirdə qızı Narin Güranın ölümünə görə saxlanılan anası Yüksel Güranın həbsxana rəhbərliyindən istəyi və müraciəti maraq doğurub.

Yenisabah.az xəbər verir ki, bu barədə “Sabah” qəzeti məlumat yayıb.

Əldə edilən məlumata görə, həbsxanada saxlanılan ana Yüksel Güranın oxumağı və yazmağı öyrənməsini tələb etdiyi və həbsxana rəhbərliyinin müraciətə qiymət verəcəyi bildirilib. Digər tərəfdən Güranın “Narin üçün” deyərək etdiyi başqa bir şey isə eşidənləri təəccübləndirib.

Xəbərə görə, Yüksel Güranın yuxusunda Narini görmək üçün tez-tez yatdığı da iddia edilib.

Qeyd edək ki, Türkiyəni sarsıdan 8 yaşlı Narinin ölümü ilə bağlı anası Yüksel, böyük qardaşı Enes, əmisi Səlim Güran və hadisəni etiraf edən Nevzat Bəhtiyar həbs edilib. Məhkəmə Yüksel ailəsinə ömürlük həbs cəzası verib.

Aytac Şahin

 


Telegram kanalımız
Избранный
29
yenisabah.az

1Источники