Azad ediləcək girovların siyahısı İsrailə təqdim edilib.
Sabah azad ediləcək girovların siyahısı İsrailə təqdim edilib.
Operativ Media xəbər verir ki, bu barədə Benyamin Netanyahunun ofisi məlumat yayıb.
“İsrail sabah HƏMAS-ın əsirliyindən azad edilməli olan girovların siyahısını alıb”, – bəyanatda deyilir.
Bildirilib ki, ətraflı məlumat azad edilmiş girovların ailələrinə məlumat verildikdən sonra yayılacaq.