RU

Tramp onların geri gətirilməsi üçün Maskdan kömək istədi

ABŞ Prezidenti Donald Tramp "SpeysX"in sahibi İlon Maskdan NASA-nın “Boinq” gəmisinin nasazlığı səbəbindən təxminən 8 aydır Beynəlxalq Kosmik Stansiyada (BKS) qalan astronavtların Yerə qaytarılmasına yardım etməsini xahiş edib.

Axar.az xəbər verir ki, bu barədə Tramp özü sosial şəbəkə hesabında yazıb.

“Astronavtlar aylardır gözləyirlər. İlon Mask və “SpeysX”dən Bayden dövründə faktiki olaraq kosmosda tərk edilmiş iki cəsur astronavtı gətirməyini istədim”, - Tramp qeyd edib.

Избранный
18
2
axar.az

6Источники