RU

Salyanda maşının kanala aşması nəticəsində ölənlərin kimliyi məlum olub - FOTO - VİDEO - YENİLƏNİB

Salyanda minik maşınının kanala aşması nəticəsində ölən 4 nəfərin kimliyi məlum olub.

APA xəbər verir ki, hadisə nəticəsində Dayıkənd kənd sakinləri 1993-cü il təvəllüdlü İsmayılzadə Nərmin Güləli qızı, onun azyaşlı övladları İsmayılzadə Rza Elşən oğlu və İsmayılzadə Hüseyn Elşən oğlu, o cümlədən 32 yaşlı Aqil Amil oğlu Məmmədov suda boğularaq ölüb.

Azyaşlı İsmayılzadə Vüqar Elşən oğlu xilas edilib.

***
23:41

Salyanda minik maşınının kanala aşması nəticəsində 4 nəfər ölüb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan rayonunun Seyidlər kəndi ərazisində baş verib.

“Mercedes” markalı avtomobil digər avtomobillə toqquşaraq idarəetməni itirib və kanala aşıb.

İlkin məlumatlara görə, hadisə nəticəsində 4 nəfər ölüb. Faktla bağlı araşdırma aparılır.

Ölənlərdən biri Salyan rayon icra hakimiyyətinin 32 yaşlı təlimatçısı Aqil Amil oğlu Məmmədovdur.

Hazırda avtomobilin sudan çıxarılmasına FHN yerli qurumlarıı və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Salyanda Salyanda
Избранный
70
16
apa.az

10Источники