![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2023/1/24/1/cbedd31a-13e1-47bb-a5d0-a35711bff543/ai-missiyasi.jpg)
Avropa İttifaqı ölkələrinin Brüsseldəki səfirləri bir neçə saat əvvəl Aİ-nin Ermənistandakı mülki missiyası ilə bağlı qərar layihəsini təsdiqləyiblər.
Yeniavaz.comErmənistan mətbuatına istinadən xəbər verir ki, qərara əsasən avropalı müşahidəçilər daha iki il - 2027-ci il fevralın 19-dək Ermənistanın sərhədyanı rayonlarında qalacaqlar.
Qərar layihəsinə əsasən, müşahidəçilərin tərkibi və sayı dəyişməz qalacaq: 165 beynəlxalq və 44 erməni işçi.