RU

Elm və təhsil naziri: Azərbaycan ilk dəfə“Akademik Fənlərin Qlobal Reytinqi”ndə riyaziyyat fənni üzrə iki universitetlə təmsil olunur

Azərbaycan ilk dəfə“Akademik Fənlərin Qlobal Reytinqi”ndə riyaziyyat fənni üzrə iki universitetlə təmsil olunur.

Azərbaycan ilk dəfə dünyanın ən nüfuzlu “Şanxay reytinqi” (Shanghai Ranking) tərəfindən hazırlanan “Akademik Fənlərin Qlobal Reytinqi”ndə riyaziyyat fənni üzrə iki universitetlə təmsil olunur.

Operativ Media xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev "Facebook" hesabında bildirib.

Bakı Dövlət Universiteti reytinqdə 401-500-cü, Azərbaycan Universiteti isə 301-400-cü pillələr arasında yer alıb.

Избранный
26
2
operativmedia.az

5Источники