RU

Meta hesablarını blokladığı üçün Trampa 25 milyon dollar ödəyəcək

ABŞ prezidenti Donald Tramp Meta şirkətinə məxsus Facebook və Instagram sosial şəbəkələrində onun səhifələrinin bloklanması ilə bağlı Meta korporasiyası ilə müqavilə imzalayıb...

Poliqon xəbər verir ki, bu barədə The Wall Street Journal qəzeti məlumat yayıb.

Əldə edilən razılaşmaya əsasən, “Meta” şirkəti tərəfdarlarının Kapitoliyə hücumundan sonra sosial şəbəkələrdən istifadə hüququndan məhrum edilən siyasətçiyə 25 milyon dollar məbləğində təzminat ödəyəcək.

Nəşrin məlumatına görə, bu məbləğin 22 milyon dolları prezident kitabxanasının fonduna, qalan vəsait isə məhkəmə xərclərinə yönəldiləcək.

Nəşr qeyd edir ki, Meta öz günahını açıq şəkildə etiraf etməyəcək.

Tramp 2021-ci ilin yanvarında Vaşinqtonda baş verən hadisələrdən sonra Facebook, Instagram və Twitter-də bloklanıb. Onun tərəfdarları Konqresə Trampın uduzduğu prezident seçkilərinin nəticələrini təsdiqləməsinə mane olmağa çalışıblar. Twitter Trampın hesabını 2022-ci ilin dekabrında sosial şəbəkənin İlon Mask tərəfindən satın alınmasından sonra blokdan çıxarıb. Keçən iyul ayında “Meta” həmçinin Instagram və Facebook-da Trampı blokdan çıxarmaq qərarına gəlib.

Poliqon.info

Избранный
6
18
poliqon.info

10Источники